İran-ABŞ danışıqlarının növbəti raundu yenidən ləğv edilib.
Missiya.Az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Bildirilib ki, Tehran-Vaşinqton danışıqlarının dördüncü raundu bu həftəsonu da keçirilməyəcək.
ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus danışıqların ləğvinə cavab olaraq deyib:
“İran nüvə proqramının tamamilə ləğvi ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyini qəbul etməyə məcbur olacaq”.
Daşqın HəsənovMissiya.Az