AZ

Avropa və ABŞ 5 il ərzində nüvə silahı ilə yeni dünya müharibəsi gözləyir

Avropa ölkələrində və ABŞ-da əhalinin təxminən yarısı yaxın 5-10 ildə “yeni dünya müharibəsi”nin baş verəcəyinə inanır. Sorğuda iştirak edən respondentlər belə bir münaqişədə nüvə silahından istifadəni istisna etmirlər.

Editor.az xəbər verir ki, Britaniyanın The Guardian qəzeti YouGov sorğusunun məlumatlarına əsaslanaraq bu məsələyə toxunur.

“Beş Avropa ölkəsində – Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniyada sorğuda iştirak edən respondentlərin 41%-dən 55%-ə qədəri yaxın 5-10 il ərzində növbəti dünya müharibəsinin çox və ya kifayət qədər ehtimal olunacağına inandıqlarını bildiriblər. Bu fikri amerikalıların 45%-i bölüşür”, – nəşr yazıb.

Məsələn, ABŞ-da iştirakçıların 45%-i, Böyük Britaniyada 41%-i və Fransada 55%-i bu fikirdədir.

Bildirilir ki, yuxarıda adları çəkilən Avropa ölkələri və ABŞ-da respondentlərin böyük əksəriyyəti (68%-dən 76%-ə qədər) nüvə silahının yeni münaqişədə istifadə olunacağına inanır.

Sorğu YouGov tərəfindən 3-16 aprel tarixləri arasında keçirilib. Sorğuda iştirak edənlərin sayı açıqlanmayıb. Nəşrdə sosioloji araşdırmaların səhvləri də qeyd olunmur.

Bu kontekstdə Avropa ölkələrini Rusiya Federasiyası ilə münaqişəyə cəlb etmək cəhdləri üçüncü dünya müharibəsinə səbəb ola bilər, deyə Slovakiya parlamentinin sədr müavini Tibor Qaspar qeyd edib.

//Gülnarə Abasova, Editor.az

 

 

Seçilən
0
5
editor.az

6Mənbələr