"Biz uşaqlarımızı sosial şəbəkələrin zərərli təsirindən qorumaq istəyirik. Məhz buna görə də bu gün biz 16 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrə girişi qadağan edən qanun layihəsini təqdim etdik," - deyə baş nazir vurğulayıb.
Parlamentə təqdim olunan sənədlərə əsasən, layihə uşaqları zorakılıqdan, qadağan olunmuş məzmundan və asılılıq yaradan təsirlərdən qorumağı hədəfləyir. Qanun layihəsinə görə, istifadəçilərin yaşını təsdiqləmək məsuliyyəti sosial platformaların administrasiyasının üzərinə düşəcək. Bu tələblərə əməl olunmadığı halda, cərimə və məhkəmə məsuliyyəti nəzərdə tutulur.
Qanun qəbul olunduğu təqdirdə, icrasına nəzarət bir dövlət qurumuna həvalə ediləcək və üç il sonra qanunun effektivliyi yoxlanılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31