AZ

Parlament nümayəndə heyəti Əbu-Dabidə Şeyx Zayed məscid kompleksi ilə tanış olub

Bakı, TurkicWorld

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Əbu-Dabidə Şeyx Zayed məscid kompleksini ziyarət edib.

Bu barədə TurkicWorld -ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Burada qonaqlara məlumat verilib ki, ölkənin ən böyük məscidi olan bu məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın təşəbbüsü ilə inşa edilib. Cümə və bayram namazlarında buraya gələnlərin sayı 40 min nəfərə çatır.

Məscidlə tanışlıqdan sonra spiker Sahibə Qafarova məscidin xatirə kitabına ürək sözlərini yazıb.

Seçilən
0
11
turkic.world

10Mənbələr