Bu ilin yanvar-aprel aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 403 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
“Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 38 % çoxdur.
Təkcə apreldə isə 245 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur.
Ötən il dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki illə müqayisədə 23 % çoxdur.