Ajans.az xəbər verir ki, bu barədə LPR-nin istefada olan xalq milis polkovnik-leytenantı Andrey Maroçko öz Teleqram kanalında məlumat verib. "Bir neçə yerdə Rusiya Silahlı Qüvvələri Tekuç çayını keçib, rus hücum qrupları onun qərb sahilində möhkəmlənib. Beləliklə, rus qoşunları taktiki mövqelərini yaxşılaşdırıb və bu ərazidə nəzarət zonalarını artırıblar", - Maroçko yazıb. Bundan əlavə, onun sözlərinə görə, ukraynalı hərbçilər LPR-nin Makeyevka qəsəbəsindən cənub-qərbdə mövqelərindən çıxarılıblar.