Almaniya millisinin futbolçusu Leroy Sane "Bavariya" klubundan ayrıla bilər.
"Report" xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.
29 yaşlı vinger təkmilləşdirilmiş təklif almayacağı təqdirdə müqaviləsinin müddətini uzatmayacaq.
Hazırda tərəflər arasında danışıqlar davam edir. Sane tələb etdiyi maaşı almasa, Münhen təmsilçisindən ayrılacaq.
Qeyd edək ki, İngiltərənin "Arsenal" və "Çelsi" klubları onunla maraqlanır.