AZ

Bakıda “Prius” ağır qəza törətdi Ölən və yaralananlar var

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Mayın 3-də saat 16:15 radələrində paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1989-cu il təvəllüdlü Elçin İsmayılovun idarə etdiyi “Toyota Pirus” markalı avtomobil 1990-cı il təvəllüdlü Anar Kəlpəliyevin sürdüyü “KamAZ”a çırpılıb.

Nəticədə “Prius”un sürücüsü E.İsmayılov və həmin maşında olan sərnişinlər - 1990-cı il təvəllüdlü Mirzəyeva Mehriban Saday qızı, 1994-cü il təvəllüdlü Dəmirqayayev Coşqun İlham oğlu, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Sərxan oğlu, 1986-cı il təvəllüdlü Əliyev Xaliq Əhsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

C.Dəmirqayayev yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətdən mayın 5-də xəstəxanada vəfat edib.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
10
icma.az

6Mənbələr