AZ

16 yaşdan kiçik uşaqlara sosial şəbəkə qadağan edilir - Yeni Zelandiyada

Yeni Zelandiya hökuməti 16 yaşdan kiçik istifadəçilər üçün sosial medianı qadağan edən qanun layihəsini parlamentə təqdim edib.

Ucnoqta.az bildirir ki, bu barədə ölkənin baş naziri Kristofer Lakson məlumat verib.

"Biz uşaqlarımızı sosial medianın zərərli təsirlərindən qorumaq istəyirik. Ona görə də bu gün 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini təqdim etdik" - Lacson X-də yazıb.

Sosial media istifadəçilərinin yaşını məhdudlaşdıran qanun layihəsi parlamentə təqdim edilən sənədlərə əsasən, “uşaqları və gəncləri zorakılıqdan, qadağan olunmuş məzmundan və asılılıqdan qorumaq” məqsədi daşıyır.

Həmçinin sosial şəbəkələrə daxil olmamışdan əvvəl istifadəçilərin yaşının yoxlanılması yükünün platforma administrasiyasının üzərinə düşəcəyi, bu öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsinin cərimə və təqiblərlə nəticələnəcəyi də nəzərdə tutulur. Qanun ölkə parlamenti tərəfindən qəbul edilərsə, onun icrasına nəzarət nazirliklərdən birinə tapşırılacaq ki, o da 3 ildən sonra onun effektivliyi ilə bağlı audit yoxlaması aparmalı olacaq.

Seçilən
0
ucnoqta.az

1Mənbələr