Bakı. Trend:
Zaqatalada avtomobilin ağaca çırpılması nəticəsində sürücühadisə yerində ölüb.
Trend-in əldə etdiyi məlumata görə, hadisə mayın 5-isaat 00:35 radələrində qeydə alınıb.
Belə ki, Zaqatala rayonunun Muğanlı kənd sakini 1985-ci iltəvəllüdlü Səfərov Elsevər Mahmud oğlu idarə etdiyi "MercedesC-class" markalı avtomobillə Zaqatala rayonunun Dağlı kəndindənhəmin rayonunun Muğanlı kəndi istiqamətində hərəkətdə olarkənidarəetməni itirib, yolun sağ hissəsində olan çınar ağacınaçırpılaraq aldığı xəsarələrdən hadisə yerində ölüb.
Faktla bağlı mayın 5-də Zaqatala RPŞ-nin İB-də CinayətMəcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.