AZ

Özü-özünə etiraz edən məhkəmə sədri ilə bağlı YENİ QƏRAR

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi özü-özünə etiraz edən məhkəmə sədri ilə bağlı qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Naxçıvan Ali Məhkəməsi məhkəmə sədri Gülnar Səfərəliyevanın etirazını təmin edib.

Naxçıvan Ali Məhkəməsinin qərarına əsasən, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməyə dair şikayətə baxan Naxçıvan Şəhər Məhkəməsinin hakiminin özü-özünə etmiş olduğu etiraz təmin olunub.

Qeyd edək ki, məhkəmə sədri adı açıqlanmayan şəxs barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət verib. İşə hakim Əliyeva Gülsüm Kamal qızı baxmalı idi. Lakin o, şikayətçinin məhkəmə sədri olduğunu əsas gətirərək özü-özünə etiraz edib – yəni işə baxmaqdan imtina edib.

Hüquqi prosedura görə, qərara məhkəmə sədri özü baxmalıdır. Gülnar Səfərəliyeva isə bildirib ki, iş özünə aid olduğu üçün qərar verə bilməz. Beləliklə, Gülnar Səfərəliyeva özü barəsində qərar qəbul edib və qanunvericiliyə əsasən, özü-özünə etiraz edib.

Həm iş, həm də etiraz Naxçıvan Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilib.

Xatırladaq ki, Cinayət-Prosessual Məcəllənin 107.2-ci maddəsinə əsasən hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112-118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər. Cinayət-Prosessual Məcəllənin 109.3.1-ci maddəsinə görə birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı - həmin məhkəmənin sədri həll edir.

Seçilən
0
13
bakivaxti.az

10Mənbələr