AZ

“Qrenlandiya ABŞ-a milli təhlükəsizlik məqsədləri üçün lazımdır”-  Tramp

ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı almaq üçün hərbi gücdən istifadə edə biləcəyini istisna etməyib. Vətəninfo.az xəbər verir ki, bu barədə o, NBC kanalına müsahibəsində deyib. “Mən bunu edəcəyimi demirəm, amma heç nəyi istisna da etmirəm”, – deyə Tramp bildirib. Onun sözlərinə görə, ada ABŞ-a milli təhlükəsizlik məqsədləri üçün lazımdır: “Bizə Qrenlandiya çox lazımdır. Qrenlandiyada çox az sayda insan yaşayır, biz onların qayğısına qalacağıq. Lakin beynəlxalq təhlükəsizlik üçün buna ehtiyacımız var”.

“Konstitusiya ilə qadağan edilmiş üçüncü müddətə prezidentlik üçün 2028-ci ildə yenidən namizəd olmağı düşünmürəm”. Bu sözləri də ABŞ prezidenti Donald Tramp NBC kanalına müsahibəsində deyib.

“Tramp 2028” papaqları satan adamlar var. Amma mən bunu etmək istəmirəm. Mən gözəl dörd il keçirmək və sonra bu işi ideal olaraq irəli aparmaq üçün respublikaçıya təhvil vermək istəyirəm”, – deyə Tramp bildirib. O vurğulayıb ki, dörd il böyük işlər görmək üçün yaxşı vaxtdır.

Seçilən
0
veteninfo.az

1Mənbələr