AZ

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara xüsusi kredit imkanı təqdim edilir

Kənd təsərrüfatı sektorunun inkişafına dəstək məqsədilə Expressbank ASC aqrar fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərə Aqro Kredit məhsulunu təqdim edir.

Finss.az xəbər verir ki, kredit məhsulu ölkə ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı ilə məşğul olan, həmçinin heyvandarlıq təsərrüfatlarını inkişaf etdirmək istəyən sahibkarların maliyyə ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub.

Aqro Kreditlər müxtəlif məqsədlər üçün təqdim olunur:

  • AKİA zəmanəti ilə kreditlər: Məbləğ 5 000-dən 15 000-dək, müddət isə 36 ayadək təklif edilir. İllik faiz dərəcəsi 12%-dir.
  • AKİA (ümumi): 15 000-dən 200 000-dək olan kreditlər 60 ay müddətinədək və illik 7% faizlə təqdim olunur.
  • AKİA (texnika üçün): 5 000-dən 200 000-dək kredit imkanı, 60 aya qədər müddət.

Kreditlər həm də kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, suvarma sistemləri və digər istehsal vasitələrinin alınması üçün nəzərdə tutulur.

Tələb olunan sənədlər arasında şəxsiyyət vəsiqəsi, VÖEN, fəaliyyət yerinə dair sənədlər və EKTİS sistemindən arayış yer alır. Kreditin təminatı məqsədilə daşınmaz əmlak çıxarışı, layihə torpağına dair sənədlər və digər hüquqi sənədlər notarial qaydada təqdim olunmalıdır.

Expressbank-ın bu təşəbbüsü aqrar sektorda çalışan sahibkarların maliyyə əlçatanlığını artırmağa və regionlarda kənd təsərrüfatının inkişafını stimullaşdırmağa yönəlib.

Ətraflı məlumat üçün keçid: //www.expressbank.az/az/credit/aqro-kredit

Fuad Mədətov
Finss.az

Seçilən
0
fins.az

1Mənbələr