AZ

ABŞ Konqresi Gürcüstanla bağlı “MEGOBARI Aktı”nı qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası Gürcüstanla bağlı “MEGOBARI Aktı”nı (Cavabdehlik, Dözümlülük və Müstəqillik İnşası üçün Gürcüstanın Seçimlərinin Səfərbər edilməsi və Artırılması Aktı) qəbul edib.

APA-nın Tbilisi müxbirinin verdiyi xəbərə görə, qanun layihəsini 168 respublikaçı və 181 demokrat olmaqla 349 konqresmen dəstəkləyib, 42 nəfər əleyhinə səs verib, 42 nəfər isə bitərəf qalıb.

Sənəddə ABŞ-Gürcüstan əlaqələrinin, o cümlədən bütün yardım proqramlarının tam şəkildə yenidən nəzərdən keçirilməsi, gürcü xalqının Avro-Atlantik inteqrasiyasına dəstək verilməsi, həmçinin ABŞ Prezidentinə Gürcüstanı bu istiqamətdən uzaqlaşdırmağa çalışan “Gürcü Arzusu” partiyasının rəsmilərinə və onların dəstəkçilərinə qarşı sanksiya tətbiq etməsi üçün çağırışlar əks olunub.

Qanun layihəsinin qüvvəyə minməsi üçün növbəti mərhələdə ABŞ Senatı tərəfindən təsdiqlənməsi tələb olunur.

Seçilən
0
4
apa.az

5Mənbələr