"İsrail Qəzza zolağına genişmiqyaslı hücumlardan əl çəkməlidir"
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anouar El Anouni Brüsseldə gündəlik mətbuat konfransında deyib.
O bildirib ki, Qəzza zolağına yenidən geniş hücum planı böyük narahatlıq yaradır: "Təl-Əviv geri çəkilməlidirdir. Çünki bu, daha çox itkiyə və Fələstin xalqının daha çox əzab çəkməsinə səbəb olacaq. İsrail bununla yanaşı, bölgəyə yardım axınını təmin etməlidir"
Tahir Şəlvəli
MİA.AZ