AZ

"Neftçala Avtonəqliyyat"ın rəhbərliyi dəyişir - TOPLANTI

20 iyun 2025-ci il tarixdə saat 12:00-da "Neftçala Avtonəqliyyat" ASC-nin səhmdarlarının yığıncağı keçiriləcəkdir.

FED.az xəbər verir ki, gündəlikdə duran məsələlər aşağıdakılardır:

1. Neftçala "Avtonəqliyyat" ASC-nin 2024-cü ilin yekunu və qarşıda duran vəzifələri haqqında.

2. Müşahidə şurasının və sədrinin seçilməsi.

3. Təftiş komissiyasının hesabatı və yeni heyətin seçilməsi.

4. Səhmdar Cəmiyyətin 2024-cü ilin yekununa görə dividendin bölüşdürülməsi.

Ünvan: Neftçala şəhəri, M.Ə.Sabir küçəsi-3

Seçilən
0
fed.az

1Mənbələr