Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Pagani" şirkəti 1999-cu ildən istehsal olunan "Zonda" superkarının yeni xüsusi versiyasını təqdim edib.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, bu versiya "Unico" adını daşıyır və Çinin Kunlun dağ silsiləsindən ilham alaraq hazırlanmış orijinal aerodinamik qanad dizaynı ilə fərqlənir.
Unikal rodsterin qiyməti açıqlanmayıb.
Avtomobilin arxa hissəsinə bir-birinin ardınca yerləşdirilmiş iki müxtəlif ölçülü qanad əlavə edilib.
Şirkət digər dəyişikliklər arasında boyanmamış karbon və işığın səviyyəsindən asılı olaraq görünüşü dəyişən xüsusi boz-mavi rəng çalarlarını qeyd edib.
Avtomobilin salonunun görüntüləri dərc edilməyib, "Zonda Unico"nun texniki xüsusiyyətləri də açıqlanmayıb.
Ehtimala görə, "Unico" üçün əsas olaraq əvvəllər istehsal olunmuş "Zonda 760 Roadster" modeli götürülüb. Bu model 7.3 litrlik "Mercedes-AMG V12" mühərrikə və 760 at gücünə malik idi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.