Bu gün UEFA Çempionlar Liqasında finala yüksələn ilk komanda bəlli olacaq.
Modern.az xəbər verir ki, yarımfinal mərhələsinin gərgin mübarizə vəd edən təkrar görüşündə "İnter" klubu "Barselona"nı qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında ilk görüş 3:3 hesablı heç-heçə ilə başa çatmışdı.
6 may
UEFA Çempionlar Liqası
Saat 23:00, "İnter" - "Barselona".