ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı cəlb etmək istəyir.
RBC-Ukrayna xəbər verir ki, Tramp bu barədə Truth Social-da yazıb.
“Mən indicə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın Ukrayna ilə müharibəsi, Suriya, Qəzza ilə bağlı hər şeyi və daha çox mövzuları əhatə edən çox yaxşı və məhsuldar telefon danışığım oldu”, - Tramp yazıb.
O bildirib ki, Ərdoğan onu Türkiyəyə dəvət edib və Vaşinqtona səfərini də açıqlayıb. Tramp qeyd edib ki, onun əvvəlki prezidentlik dövründə prezident Ərdoğanla əla münasibəti olub.
Tramp həbsdə olan keşiş Endryu Brunsonun ABŞ-a qaytarılmasına kömək etməsi də daxil olmaqla bir çox mövzuda Ərdoğanla əməkdaşlıq etdiyini qeyd edib.
“Hər halda, mən Rusiya və Ukrayna arasında mənasız, lakin ölümcül müharibəyə son qoymaq üçün prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm ”, – ABŞ prezidenti yazıb.
Əziz Mustafa, Oxuməni.az