Saxalinə uçan Airbus sərnişin təyyarəsi ilk cəhddə tülkü səbəbindən yerə enə bilməyib; faktla bağlı araşdırma aparılır.
Ucnoqta.az xəbər verir ki. bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun Telegram kanalında məlumat verilib.
Bildirilir ki, mayın 5-də Xabarovskdan Yujno-Saxalinska uçan “Airbus A319” təyyarəsi eniş zamanı tülkü uçuş-enmə zolağına yaxın olduğu üçün ikinci cəhddə yaxınlaşmağa məcbur olub.
Hadisə ilə bağlı nəqliyyat prokurorluğu araşdırma aparır.