AZ

Yəhudi din xadimi musiqili video-kliplə Trampı Ukraynanı qorumağa çağırdı... -"Şər imperiyasını əzmək vaxtıdır..." -VİDEO

Ravvin Azman mahnı vasitəsilə Trampdan Ukraynanı qorumasını istəyib.
 
Ukraynanın baş ravvini Moşe Reuven Azman ABŞ prezidenti Donald Trampa video-kliplər müraciət edib.
 
Moderator.az-ın İsrail mediasına istinadla yaydığı xəbərdə deyilir ki, yəhudi din xadimi Rusiyanın Kiyevə raket zərbələrinin nəticələrini əks etdirən görüntülərin fonunda etdiyi dramatik müraciət və  musiqili klip vasitəsilə ABŞ liderini Ukraynaya açıq dəstək verməyə çağırıb.
 
Bu barədə din xadiminin özü sosial şəbəkədəki səhifələrində video-müraciət və mahnı yerləşdirməklə məlumat verib.
 
İngilis dilində olan mahnıda baş ravvin Azman Trampı xeyirin tərəfini tutmağa və qanlı aqressiyanı dayandırmağa kömək etməyə çağırır.
 
"Donald Tramp, işıq üçün mübarizə aparmağın vaxtıdır. Dünya sizin hər bir hərəkətinizi izləyir. Xeyir ilə Şər arasındakı xəttin bulanıq olmasına imkan verməyin. İşıq həmişə qalib gələcək", - mahnıda deyilir.
 
Lirikasında dini lider düşmənin hiyləgərliyini və qəddarlığını vurğulayaraq, onu öz gücünü yalnız qorxu, zorakılıq və nifrət üzərində quran bir qüvvə kimi xarakterizə edir:

 

 
"Onlar həmişə yalan danışırlar, həmişə qılınc gizlədirlər. Padşahın taxtı qorxu və nifrət üzərində qurulub. Onlar sülh istəmirlər - yalnız qan və od. Şər imperiyasını əzmək vaxtıdır."
 
Videoya ravvin Azmanın şəxsi faciəsi xüsusi emosional güc verir. 2024-cü ilin sentyabrında o, Ukrayna uğrunda döyüşlərdə həlak olan övladlığa götürdüyü oğlu Matityahu Samborskini itirib.

Ravvin Azman dünya liderlərini, xüsusən də Donald Trampı kənarda durmamağa və Ukraynaya təcavüzkarı məğlub etməkdə kömək etməyə çağırır və Şərə qarşı dayanmağın hər kəsin mənəvi borcu olduğunu vurğulayır.

 

 

Seçilən
0
moderator.az

1Mənbələr