AZ

Oğuzda üç gün öncə yol qəzasında xəsarət alan şəxs dünyasını dəyişib

Oğuzda yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada vəfat edib

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, üç gün əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan 1996-cı il təvəllüdlü Oğuz rayon sakini Kənan Rəhman oğlu Əzizov müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində həyatını itirib.

Qeyd edək ki, mayın 3-də gecə saatlarında K. Əzizovun idarə etdiyi “Toyota” markalı avtomobil Oğuz–Bayan avtomobil yolunun Bayan kəndindən keçən hissəsində idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılmışdı.

Qəza zamanı avtomobildə olan sərnişin – 2000-ci il təvəllüdlü Oğuz rayon sakini Urfan Namiq oğlu Məcidov hadisə yerində dünyasını dəyişmiş, sürücü isə ağır bədən xəsarətləri almışdı.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
0
6
apa.az

7Mənbələr