AZ

Meksika prezidenti: "ABŞ hərbçiləri ölkəmizə yeridilə bilməz"

Sheinbaum bildrib ki, ABŞ və Meksika arasındakı dialoqu media vasitəsilə aparılmasına tərəfdar deyil: "Biz Trampla  çox dəqiq və aydın ünsiyyət qurduq. Ünsiyyətimiz davam edir, bir çox razılaşmalar əldə olunub və dialoqumuz müsbət şəkildə davam edir. Anlaşmazlıqlar olanda rəsmi kanallar və birbaşa təmas vasitəsilə həll olunur. Bu səbəbdən də media vasitəsilə müzakirə və mesajlar verilməsi doğru deyil. Biz razılaşmalara sadiqik. Miqrasiya və təhlükəsizlik kimi mövzularda birgə işləyirik. Bir sözlə, mövcud müsbət əlaqələri və hər şeydən əvvəl ABŞ və Meksika hökumətləri arasında qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirmək əzmindəyik".

O, Trampın dünən "narkotik kartelləri yox etmək üçün Meksikaya qoşun yeritməyə hazırıq" təklifinə də "yox" deyib: "Bunu qəbul etmirik".

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
0
1
mia.az

2Mənbələr