Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İslamabad aprelin 22-də Hindistanda törədilən terror aktında əli olması ilə bağlı ittihamlarını qəti şəkildə rədd edir.
Bizimyol.info xəbər verir ki, bunu Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd deyib.
"Biz Hindistanın həm Pakistan, həm də Şuranın bütün üzvləri tərəfindən pislənilən 22 aprel terror aktında Pakistanı ittiham etmək cəhdlərini qəti şəkildə rədd edirik", - deyə o, BMT Təhlükəsizlik Şurasında Hindistan və Pakistan arasında münasibətlərin pisləşməsinə həsr olunmuş qapalı məsləhətləşmələrdən sonra jurnalistlərə bildirib.
"Pakistan qarşıdurma istəmir, lakin biz BMT Konstitusiyasının 51-ci maddəsinə uyğun olaraq suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etməyə tam hazırıq", - deyə o qeyd edib.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.