AZ

ABŞ-nin müdafiə naziri generalların rəhbər vəzifələrinin ixtisarını əmr edib

ABŞ-nin müdafiə naziri Pit Heqset Birləşmiş Ştatlar Ordusunda generalların tutduğu rəhbər vəzifələrin 20 %-nin ixtisarına göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə memorandumu Pentaqon yayıb.

“Ən vacib addım generalların və Hərbi Dəniz Qüvvələri komandanlarının həddən artıq vəzifəsini azaltmaqla rəhbərliyi optimallaşdırmaq və rasionallaşdırmaq üçün həddindən artıq güc strukturunun aradan qaldırılmasıdır”, - nazir qərarını izah edib.

Heqset vəzifəyə gəldikdən sonra artıq bir neçə generalın, o cümlədən Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Çarlz Braunun istefaya göndərilməsi barədə göstəriş verib.

Pentaqon Ağ Evin rəhbərlik etdiyi federal hökumət daxilində daha geniş səylərin bir hissəsi olaraq xərcləri və işçilərini azaldır.

Seçilən
0
1
report.az

10Mənbələr