AZ

Türkiyədə qəzaya uğrayan avtomobillər piyadalara çırpılıb, yaralanlar var

Türkiyənin Gümüşhane şəhərində gecə saatlarında baş verən yol qəzasında toqquşan iki avtomobil piyadalara çırpılıb. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində idarəetmədən çıxan nəqliyyat vasitələri də yol kənarındakı insanlara çırpılıb.

Hadisə yerinə təcili yardım, polis, jandarm və xilasedcilər cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
0
report.az

1Mənbələr