AZ

Astronomlar nəhəng kosmik məşəllərdə qızıl mədəni aşkar ediblər TƏDQİQAT

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 6 may, AZƏRTAC

Yer üzündə rast gəlinən qızıl və gümüş kimi ağır elementlərin mənşəyi uzun müddət astrofizikanın əsas sirlərindən biri olaraq qalırdı. Ənənəvi olaraq bu elementlərin yaranması, neytron ulduzlarının birləşməsi zamanı baş verən ekstremal r-proses nüvə reaksiyaları ilə əlaqələndirilirdi. Lakin “The Astrophysical Journal Letters” jurnalında dərc olunmuş yeni tədqiqat bu prosesin alternativ bir mənbəsini üzə çıxarır.

AZƏRTAC “Science” jurnalına istinadla xəbər verir ki, Kolumbiya Universitetinin astronomu Anirudh Patel və onun rəhbərlik etdiyi tədqiqat qrupu 2004-cü ildə müşahidə edilən və yüksək maqnit sahəsi ilə seçilən neytron ulduzu – maqnitar – tərəfindən buraxılmış nəhəng kosmik məşəldə r-prosesinin kimyəvi imzalarını aşkarlayıblar. Bu məşəl Günəşdən qat-qat artıq enerji buraxaraq bir milyon il ərzində səthindən yüksək enerjili material saçaraq parlamışdı. Həmin maqnitarın radiasiyası, qızıl və digər ağır elementlərin əmələ gəlməsi ilə əlaqəli nəzəri modellərlə uyğunluq göstərib. Əvvəlki illərdə, xüsusilə 2017-ci ildə müşahidə edilən neytron ulduzu toqquşması nəticəsində həm qravitasiya dalğaları, həm də elektromaqnit radiasiyası eyni anda qeydə alınıb və bu, r-prosesinin müşahidə olunan ilk təsdiqi olub. Lakin bu cür birləşmələrin nadir və kainat tarixində nisbətən gec baş verməsi Süd Yolundakı ağır elementlərin ümumi ehtiyatını izah etmək üçün kifayət etmirdi. A.Patel qeyd edir ki, bu məhdudluq tədqiqatçıları digər mümkün r-proses mənbələri axtarmağa vadar etmişdi. Yeni tədqiqatda 2004-cü ildə qeydə alınan məşəl siqnalları təhlil edilib və onun radiasiya xüsusiyyətlərinin r-proses üçün tələb olunan şəraitlə üst-üstə düşdüyü müəyyən edilib. Qamma şüaları şəklində buraxılan enerji və kimyəvi izlər bu partlayışda ağır elementlərin əmələ gəlməsini təsdiqləyib.

Tədqiqatda iştirak etməyən Oklahoma Universitetinin astronumu Con Kovan bildirir: “Bu, r-prosesinin müxtəlif astrofiziki mühitlərdə baş verə biləcəyinə dair güclü sübutdur”. Həmçinin İndiana Universitetindən fiziki Çarlz Horovitz vurğulayır ki, gələcəkdə daha yaxın məsafədə baş verəcək oxşar maqnitar partlayışları zamanı astronomlar tək-tək elementləri də müşahidə edə biləcəklər.

Hazırkı tapıntılar Süd Yolundakı ağır elementlərin təxminən 10 faizinin mənşəyini izah edə bilir. Bu isə göstərir ki, r-prosesin daha çox potensial mənbələri mövcuddur. A.Patelin fikrincə, bu mənbələrdən biri də nadir hallarda baş verən və yüksək fırlanma sürətinə malik neytron ulduzları yaradan fövqəl partlayışları ola bilər. Bu nəticələr kainatda maddənin mənşəyi ilə bağlı anlayışlarımızı genişləndirməklə yanaşı, gündəlik həyatımızda istifadə etdiyimiz materialların ekstremal kosmik şəraitlərdə formalaşdığını anlamağımıza da imkan verir. A.Patelin sözləri ilə desək: “Bu ağır elementlər həyatımıza nüfuz edir – biz onlardan hər gün istifadə edirik. Onların belə ekstremal astrofizik mühitlərdə yaradıldığını başa düşmək insanı təvazökar edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr