AZ

ABŞ Qəzza sakinlərinə ərzaq yardımı etmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağının sakinlərinə ərzaq yardımı etmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz Qəzza xalqına yemək almaqda kömək edəcəyik. Qəzzada çox insan çox pis yaşayır. Amma biz Qəzza xalqına kömək edəcəyik, çünki HƏMAS onlarla çox pis rəftar edir", - Tramp əlavə edib.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, ora qarşı kütləvi zərbələr endirib. Baş nazir Benyamin Netanyahunun Dəftərxanası bunu Fələstinin radikal HƏMAS hərəkatının vasitəçilər və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun danışıqlar zamanı irəli sürdüyü təkliflərdən imtinası ilə izah edib və əməliyyatın məqsədinin anklavda saxlanılan bütün girovları azad etmək olduğunu bildirib. Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ni təqsirləndiriblər.

Seçilən
0
4
report.az

5Mənbələr