AZ

Tramp bir daha prezident olmayacağını AÇIQLADI

İkinci prezidentlik dövrünün sonunda Ağ Evdəki vəzifələrini təhvil verəcəyini açıqlayan ABŞ prezidenti Donald Tramp üçüncü müddətə prezident olmaq fikrində olub-olmaması ilə bağlı söz-söhbətlərə son qoyub.

Parol.az xəbər verir ki, Tramp məsələ ilə bağlı “NBC News”a açıqlama verib.

Açıqlamasında üçüncü dəfə prezident olmaq istəmədiyini açıq şəkildə bildirən Tramp bunları deyib:

"Səkkiz illik prezident, yəni iki müddətə prezident olacağam. Bunun hər zaman çox vacib olduğunu düşünmüşəm".

Seçilən
0
5
parol.az

6Mənbələr