AZ

Ruslar marketlərə axın etdi: Putinin içdiyi kefir cəmi 24 saatda tükəndi

Rusiya prezidenti Vladimir Putinin özü haqqında sənədli filmin çəkilişi zamanı jurnalistlərə təqdim etdiyi kefir mağaza rəflərindən yoxa çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "kp.ru" yazıb.

Məlumata görə, ruslar cəmi bir gündə marketlərdəki həmin markaya məxsus kefiri tükədiblər.

Prezidentin iqamətgahında soyuducuda saxlanılan ağartı məhsulu Ryazan vilayətində “EcoVakino” şirkəti tərəfindən istehsal olunur.

“Bu kefiri şənbə günü demək olar ki, istənilən supermarketdən ala bilərdiniz. Lakin bazar ertəsi günortadan sonra bu məhsul heç yerdə yox idi", - deyə nəşrin məqaləsində deyilir.

Seçilən
0
publika.az

1Mənbələr