Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova Macarıstan təmsilçisi "Vaşaş"dan ayrılıb.
QOL.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, 6 il ərzində "Vaşaş"ın şərəfini qoruyan 32 yaşlı voleybolçu bu müddət ərzində 5 dəfə Macarıstan çempionu olub.