Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmov növbəti sınağına çıxacaq.
"Football-plus.az" xəbər verir ki, o, "Rizin" turnirində Yaponiya təmsilçisi Syuya Kimura ilə üz-üzə gələcək.
MMA qaydaları üzrə keçiriləcək yarışın iyunun 14-də Sapporoda (Yaponiya) təşkili planlaşdırılır. 66 kq çəki dərəcəsində yarışacaq Vüqar qələbə sayəsində kəmər uğrunda döyüşmək hüququ qazanacaq.
Qeyd edək ki, Kərəmov "Rizin" çərçivəsindəki 9 döyüşdə 6 qələbə qazanıb. Ümumilikdə isə idmançımız 26 qarşılaşmada 20 dəfə qalib gəlib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta