AZ

Yəmən ALOVLAR İÇİNDƏ – Dəhşətli görüntülər (FOTOLAR, VİDEO)

İsrailin Yəmənə aviazərbələri nəticəsində azı 21 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu gün İsrail Hərbi Hava Qüvvələrinin Yəmənə endirdiyi kütləvi aviazərbələr nəticəsində ən azı 21 nəfər yaralanıb. Hücum husilərin Ben Qurion hava limanına son raket zərbələrinə cavab olaraq həyata keçirilib.

Məlumata görə, Hodeyda vilayətində yerləşən Yəmən limanı güclü yanğınla əhatə olunub. Təxminən 30 hərbi təyyarə müxtəlif infrastruktur obyektlərinə 50-yə yaxın raket və bomba zərbəsi endirib. Hücumlar yalnız limanla məhdudlaşmayıb. Belə ki, Bəcəl şəhəri yaxınlığındakı sement zavodu da hədəfə alınıb.

İsrail Müdafiə Qüvvələrinin (CAXAL) açıqlamasında bildirilir ki, liman İrandan Yəmənə silah daşınması üçün istifadə olunur, sement zavodu isə tunellər və digər hərbi obyektlərin inşasında rol oynayır.

Yerli KİV-lər yazır ki, əməliyyatın planlaşdırılmasında ABŞ hərbçiləri də iştirak edib. Lakin Pentaqon bu hücumla bağlılığını inkar edir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
0
1
konkret.az

2Mənbələr