Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 35-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış oyununda “Cenoa” doğma meydanda “Milan”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda qonaqlar əzmkar qələbəyə seviniblər.
Beləliklə, A Seriyasının cari mövsümündə geridə qalmış 35 turdan sonra 77 xala malik “Napoli” vahid liderdir. “İnter” 74 xalla ikinci, “Atalanta” 68 xalla üçüncü pillədə qərarlaşıb. “Yuventus”, “Roma” və “Latsio”nun 63, “Bolonya”nın 62, “Fiorentina”nın 59, “Milan”ın 57, “Komo”nun 45 xalı var.
İtaliya, A Seriyası
35-ci tur
2 may
Torino – Venesiya 1:1
Qollar: Vlaşiç, 75-pen – K.Peres, 36.
3 may
Kalyari – Udineze 1:2
Qollar: Zortea, 35 – Zarraqa, 27. Kristensen, 67.
Parma – Komo 0:1
Qol: Strefezza, 79.
Leççe – Napoli 0:1
Qol: Raspadori, 24.
İnter – Verona 1:0
Qol: Asllani, 9-pen.
4 may
Empoli – Latsio 0:1
Qol: Dia, 1.
Montsa – Atalanta 0:4
Qollar: De Ketelare, 12; 23. Lukman, 47. Breşianini, 88.
Roma – Fiorentina 1:0
Qol: Dovbik, 45+5.
Bolonya – Yuventus 1:1
Qollar: Froyler, 54 – Türam, 9.
5 may
Cenoa – Milan 1:2
Qollar: Vitinya, 61 – Leao, 76. Frendrup, 77-öz qapısına.