İran İslam Respublikasının müdafiə naziri Əziz Nasirzadənin sözlərinə görə, “Qasım Basir” adlı yeni ballistik raket uğurla sınaqdan keçirilib.
KONKRET.az xəbər verir ki, o, bu barədə IRIB televiziya kanalının efirində danışıb.
Nazirin bildirdiyinə görə, raket 1200 kilometrdən uzaq məsafədən buraxılıb və hədəfləri dəqiq aşkarlayıb, eləcə də yüksək dəqiqliklə vurub. O qeyd edib ki, raket radioelektron qarşıdurma şəraitində də effektiv fəaliyyət göstərmək qabiliyyətinə malikdir.
Əziz Nasirzade əlavə edib ki, İran kifayət qədər raket ehtiyatına sahibdir və əgər ölkəyə qarşı hər hansı bir təcavüz baş verərsə, bu silahları “heç bir tərəddüd etmədən” tətbiq etməyə hazırdır.
Natiq Səlim,
KONKRET.az