ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarə heyətləri tam silahlanmış şəkildə Radcastan və Pəncab ştatlarındakı hərbi bazalarda döyüş əməliyyatlarına başlamaq üçün gözləmə rejiminə keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of India” nəşri HHQ komandanlığındakı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, mümkün hərbi əməliyyatlarda Fransadan alınmış çoxməqsədli “Rafale” qırıcıları da iştirak edə bilər. Bu təyyarələr 300 kilometr məsafəyə malik “Scalp” tipli qanadlı raketlərlə silahlandırılıb.
Eyni zamanda Hindistan ordusu Rusiyadan təxminən 30 milyon dollar dəyərində yeni “İqla-S” daşınan zenit-raket kompleksləri partiyasını da qəbul edib.
Digər tərəfdən, Hindistan Pakistana su axınını təmin edən bir su anbarını bağlayıb, ikinci bir anbarla bağlı da oxşar addım atmağa hazırlaşır. İki ölkəni birləşdirən Çenab çayı bu səbəbdən sürətlə qurumağa başlayıb.
Pakistan isə “INDUS” təlimləri çərçivəsində 120 kilometr uçuş məsafəsinə malik “FATAH” raketinin sınaq buraxılışını uğurla həyata keçirib.
Ekspertlər xəbərdarlıq edirlər ki, Hindistan və Pakistan arasında baş verə biləcək istənilən lokal hərbi toqquşma belə nüvə təhlükəsinə yol aça bilər. Qeyd edilir ki, 2019-cu ildəki sərhəd insidentlərindən sonra hər iki ölkə hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb.
Aysel Əliyeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.