AZ

Ermənistan-Gürcüstan sərhədində yük maşınlarının hərəkəti dayandırıldı

BAKI, 5 may. TELEQRAF

Ermənistan-Gürcüstan sərhədindəki Qoqavan-Ququt keçid məntəqəsindən ağır yük avtomobillərinin hərəkəti dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, Gürcüstan tərəfində kabelin zədələnməsi səbəbindən ərazidə internet xidməti kəsilib, keçid məntəqəsi bir müddət işləməyəcək.

Komitə kommunikasiyalar bərpa olunmayana qədər bu keçid məntəqəsindən ağır maşınların hərəkətinə icazə verilməyəcəyini bəyan edib.

Seçilən
0
5
teleqraf.com

6Mənbələr