AZ

Nazarbayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi


Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin həyat yoldaşı xəstədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almatı İctimai Şurasının üzvü Rafael Həsənov məlumat sosial şəbəkə hesabında məlumat yayıb.
“Sara Alpısovnanın xəstə olmasının doğru olub-olmamasını soruşurlar. Bəli, təəssüf ki, belədir”, - o, yazıb.
Həsənov Nazarbayevanın hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlamayıb.
“Orda”nın məlumatına görə, o, yaxın qohumları ilə Almatıda Qazaxıstan Prezident Administrasiyasının tibb mərkəzinin xəstəxanasındadır.
Qazaxıstan Prezident Administrasiyasının tibb mərkəzinin xəstəxanası sabiq birinci xanımın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatı təsdiqləməsə də, təkzib də etməyib. Nazarbayevin mətbuat katibi şərh sorğusuna cavab verməyib.
Qeyd edək ki, Sara Nazarbayeva 1941-ci il fevralın 12-də Qaraqanda vilayətində anadan olub. Nazarbayevlə 21 yaşında tanış olub və evliliyindən üç qız dünyaya gəlib: Dariqa, Dinara və Aliyə.
Seçilən
0
yeniavaz.com

1Mənbələr