Çində 400 tələbənin öhdəsindən gəlmək məcburiyyətində qalan 20 yaşlı gənc müəllim iş otağında ölüb.
Qaziler.az xəbər verir ki, bu barədə məlumat “South China Morning Post” yayıb.
Xəbərdə deyilir ki, faciəvi hadisə Uhanda baş verib. Belə ki, müəllim beş il ibtidai və orta məktəb şagirdlərinə ingilis dili və riyaziyyat kursları təklif edən təhsil təlimi şirkətində işləyib.
Məqalədə deyilir ki, çinli gənc müəllim 400 tələbəni idarə etmək və tələb olunan iş vaxtından artıq işlədiyi üçün stresinin öhdəsindən gələ bilməyib və ofisində dünyasını dəyişib.
Nişanlısı gəncin ölümü ilə bağlı həyəcan təbili çalıb. Müəllimlə əlaqə saxlamaq cəhdləri uğursuz olduğundan, daha sonra onu iş otağında huşsuz vəziyyətdə tapıblar. Onun qəfil ürək tutmasından öldüyü müəyyən edilib. Hazırda gənc müəllimin ölümünün işi ilə bağlı olduğunu təsdiq edən sənədlərin hazırlanmasına başlanılıb.
QAZİLER.AZ