AZ

Polşa son illərdə əhalinin rekord dərəcədə azalıb

Polşa son illərdə rekord sayda əhalinin azalması ilə üzləşib.

HİT.az xəbər verir ki, bu barədə "Rzeczpospolita" qəzeti yazıb.

Nəşrin məlumatına görə, son 10 ildə Polşanın əhalisi ən azı 800 min nəfər, son beş ildə isə daha 700 min nəfər azalıb. Bu gün Polşada 37,5 milyon insan yaşayır. Təkcə son bir ildə ölkə əhalisi 158 min nəfər, dekabr ayından isə 52 min nəfər azalıb.

Nəşrin müəllifləri vurğulayırlar ki, bir qadına düşən doğum səviyyəsi 30 ildən artıqdır ki, iki nəfərdən az səviyyədə qalıb və bu, nəsillərin dəyişməsini təmin edə bilmir.

Əhalinin azalmasının sürətlənməsi cəmiyyəti və siyasətçiləri pensiya yaşının artırılması və iqtisadi dəyişikliklər kimi qeyri-populyar məsələləri müzakirə etməyə məcbur edir.

Samir

Seçilən
0
hit.az

1Mənbələr