Belarus AES-nə PUA hücumu planlaşdıran qrupun üzvü saxlanılaraq Belarusa təhvil verilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Belarus 1” məlumat yayıb. Belarusun Atom Elektrik Stansiyasına pilotsuz təyyarə ilə hücumu planlaşdıran qrupun üzvü olan ekstremist saxlanılaraq Belarusa təhvil verilib.
Ölkənin DTK-nın İstintaq İdarəsinin rəhbəri Konstantin Bıçek televiziya kanalının efirində bildirib ki, cinayətkarın Belarusa təhvil verilməsi “732 gün davam edən xarici kəşfiyyat əməliyyatının zirvəsi” olub.
Bu əməliyyatın bütün təfərrüatları daha sonra təqdim olunacaq.
Xuraman Etibarlı
İnterpress.az