ABŞ prezidenti Tramp amerikalı futbolçu seçimlərinin yenidən Vaşinqtonda keçiriləcəyini açıqladığı Ağ Evdə təşkil edilən mərasimdə gündəmlə bağlı sualları cavablandırıb.
Turkustan.az xəbər verir ki, Qəzza əhalisinin qidaya çatmasında ciddi problemlər yaşadığı xatırladılan Tramp, bunun üçün HƏMAS-ı günahlandırdığını və administrasiya olaraq Qəzza xalqına kömək edəcəklərini bildirib.
"Biz Qəzza xalqının qida əldə etməsinə kömək edəcəyik. HƏMAS bunu qeyri-mümkün edir, çünki onlar gətirilən hər şeyi alırlar, lakin biz Qəzza xalqına kömək edəcəyik, HƏMAS onlarla çox pis rəftar edir"-deyə, Tramp İsrailin yardımı əngəlləməsini şərh etmədən bildirib.
Aytən Yaşar/ Turkustan.az