Ukraynanın Qərb müttəfiqləri onu əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün danışıqlar aparır.
“Reuters” mənbəyə istinadən xəbər verir ki, Qərb ölkələri NATO-nun iyunda keçiriləcək sammitinə qədər tədarüklə bağlı razılığa gəlməyi gözləyir. Agentliyin mənbəsi aydınlaşdırıb ki, ABŞ və Yunanıstan bu sistemlərin potensial təchizatçıları arasındadır. ABŞ prezidenti Donald Tramp deyib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin aprelin 26-da Vatikanda görüşü zamanı yenidən silah tədarükü istəyib.
Rusiyanın hərbi əməliyyatı başlayandan bəri Vaşinqton Kiyevi 65 milyard dollar dəyərində texnika və sursatla təmin edib. Bu, müttəfiqlərinin Ukraynaya verdiyi hərbi yardımın az qala yarısıdır. Yeni təchizat olmasa, Amerika silahlarının Ukraynaya axını altı aya quruyacaq, – analitiklər hesab edir.
//Samir Qurbanov, Editor.az