“Yemək yemirəm, ancaq arıqlamıram”.
Bu ifadəni arıqlamaq istəyən əksər şəxslər səsləndirir.
Maraqlıdır, normal arıqlamaq üçün necə qidalanmaq lazımdır?
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, təhlükəsiz arıqlama sağlam qidalanma vərdişlərinə və kalori çatışmazlığına həssas yanaşmaya əsaslanan tədricən baş verən bir prosesdir:
“İnsanın gündəlik kalori qəbulu 1800 kaloridirsə, o zaman təhlükəsiz arıqlamaq üçün onu gündə 1440-1530 kalori ilə məhdudlaşdırmaq lazımdır. Arıqlamaq üçün kalori sayı, həm də bütün lazımi qidalar: zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineralları özündə birləşdirməlidir. Bu, fizioloji prosesləri davam etdirmək üçün enerji əldə etməyə, həmçinin, sağlamlığınıza zərər vermədən tədricən arıqlamağa imkan verəcəkdir. Nəzərə almaq lazımdır ki, çox kalori çatışmazlığı kilo vermə prosesini dayandıra və ya yavaşladan bir sıra fizioloji uyğunlaşmalara səbəb ola bilər”.
Sevinc