AZ

Avropada terrorda şübhəli bilinənlər arasında azyaşlıların payı artır

Avropa ölkələrində terror cinayətləri törətməkdə şübhəli bilinən və təqsirləndirilənlər arasında yetkinlik yaşına çatmayanların nisbəti son bir neçə ildə xeyli artıb. 

HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazır.

Məqalədə qeyd edilir ki, Avropa hakimiyyəti üçün təxribatçıların və terrorçuların izinə düşmək getdikcə çətinləşir. Səbəb onların gənclər və yeniyetmələr arasında daha çox yayılmağa başlamasıdır.

Məqalədə deyilir: "Son aylarda Avropada musiqi məkanlarına, ticarət mərkəzlərinə və dini qurumlara hücum planlaşdırmaqda şübhəli bilinən onlarla yaşı 14-ə qədər olan yeniyetmə həbs edilib".

Bu, Böyük Britaniyada 2022-2024-cü illər arasında terrorla əlaqəli cinayətlərə görə həbs edilən hər beş nəfərdən birinin azyaşlı olduğunu göstərir.

Jurnalistlərin müəyyən etdiyi kimi, Avropa ölkələrində yeniyetmələr tez-tez ekstremist onlayn icmaların fəaliyyətinə cəlb olunurlar. Eyni zamanda, nəşrin müəllifləri vurğulayırlar ki, ilk növbədə Avropa üçün artan yeniyetmə təhlükəsi islamçılardan gəlir.

Samir

Seçilən
0
hit.az

1Mənbələr