Ermənistanda baş nazir Nikol Paşinyanın impiçmenti tələb olunur.
“Report” “Aysor”a istinadən xəbər verir ki, “Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarı Edqar Kazaryan parlamentdə baş nazir Paşinyana etimadsızlığın ifadəsi olan impiçment prosesinin uğurlu olacağına əminliyini bildirib.
“Məndə belə təəssürat yaranır ki, impiçmentin əleyhinə olanlar onun uğursuzluğundan deyil, uğurundan narahatdırlar. Bu proses mütləq müvəffəqiyyətlə başa çatacaq - bütün rəqibləri məğlub etməklə. Heç kim öz xırda ambisiyalarını, maraqlarını rəhbər tutaraq xalqın iradə və istəyi qarşısında müqavimət göstərə bilməz. Xalq isə Nikol Paşinyanın istefasını istəyir”, - Edqar Kazaryan sosial şəbəkədəki səhifəsində yazıb.
Daha əvvəl “Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarları Edqar Kazaryan və Narek Malyan Paşinyana etimadsızlıq təşəbbüsü ilə çıxış edərək parlamentin deputatlarına məktublar göndəriblər.