AZ

"Panatinaikos"un prezidenti 100 min avro cərimələnib

"Panatinaikos" basketbol klubunun prezidenti Dimitras Yannakopulos 100 min avro cərimələnib.

İdman.biz xəbər verir ki, bu barədə Avroliqanın İntizam Komitəsi qərar çıxarıb.

O, pley-offun "Anadolu Efes"lə keçirilən 4-cü qarşılaşmasından sonra turnirin rəhbərliyi tənqid etmişdi. Dimitras Yannakopulos təşkilatı mafiya adlandırmışdı. O, Avroliqanın prezidenti Deyan Bodiroqa və Hakimlər Komitəsinin sədri Daniel Xierresuelonu 5-ci oyuna baxmağa dəvət edib.

Qeyd edək ki, 4 görüşdən sonra seriyada hesab bərabərdir. Sabah Yunanıstanda komandalar arasında həlledici matç keçiriləcək.

İdman.biz

Seçilən
0
1
idman.biz

2Mənbələr