ain.az bildirir, Oxu.az portalına istinadən.
Eta-Akvarid meteor yağışı pik nöqtəsinə çatmaq üzrədir. Bu, məşhur Halley kometasının parçalarıdır və ilin ən parlaq "meteor yağışları"ndan biridir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "ScienceAlert" nəşri məlumat verib.
"Meteor yağışları" nədir?
"Meteor yağışlar"ı Günəş ətrafında fırlanan və planetimizin orbitindən keçən asteroidlərin və ya kometaların parçalarıdır. İldə bir neçə dəfə Yer bu axınlardan keçir və biz heyrətamiz bir mənzərəni - gecə səmasında çoxlu parlaq meteoritləri müşahidə edə bilirik. Atmosferlə sürtünmə səbəbindən meteoritlər yanır və arxasınca parlayan izlər buraxır.
Eta-Akvaridlər - məşhur Halley kometasında hədiyyədir
Eta-Akvarid (Eta Aquarid) "meteor yağışı" öz adını Dolça bürcündən (Aquarius) alıb və Yerdəki müşahidəçiyə elə gəlir ki, bu bürcdən meteorlar "uçuşur". Amma əslində bu axının əsas cismi əfsanəvi Halley kometasıdır. Hər 76 ildən bir o, Günəşə yaxın uçur və tədricən öz buzlu maddəsinin bir hissəsini itirir. Kometanın geridə qoyduğu hissəciklər Günəş ətrafında dövrə vurmağa davam edir və meteor yağışı əmələ gətirir.
Halley kometası hazırda Yerdən təxminən 5,3 milyard km məsafədədir ki, bu, Günəş sistemindəki ən uzaq planet olan Neptundan da uzaqdadır. Kometanın növbəti qayıdışı ancaq 2061-ci ildə gözlənilir.
Eta-Akvarid "meteor yağışı"nı nə vaxt və necə müşahidə etmək olar?
Bu kosmik hadisəni Azərbaycandan da izləmək mümkün olacaq. Bakıdan Akvarid yağışını müşahidə etmək üçün ən yaxşı vaxt mayın 5-dən 6-na keçən gecə yerli vaxtla saat 02:15-dən 05:00-a qədər olacaq. Gözlənilən meteoritlərin sayı saatda 40-a çatacaq. Paytaxt üzərində saatda maksimum 19-20 meteor müşahidə etmək mümkün olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.