
İsrail qırıcıları Hudeydə dəniz limanı və ətrafındakı husilərə, eləcə də Əl-Hodeydə əyalətindəki Baqhel sement zavoduna zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“İsrail ordusu Yəmənin Hudeydə dəniz limanı və ətrafındakı husi hədəflərinə, İsrail ərazisindən təxminən 2000 km məsafədə, habelə sahil zolağında husi infrastrukturuna hücum etdi. Bundan əlavə, Hudeydə şəhərinin şərqində husi rejimi üçün mühüm iqtisadi mənbə rolunu oynayan və tunellər və hərbi infrastrukturun qurulmasında istifadə edilən Bajel sement zavoduna hücum edilib”, - məlumatda bildirilib.
Ordunun mətbuat xidməti qeyd edib ki, zərbələr husi qruplaşmasının İsrailə təkrar hücumlarına cavab olaraq həyata keçirilib: