AZ

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirilib

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.

Bu barədə “Qafqazinfo” Orda.kz-a istinadən xəbər verir.

Məlumata görə, Qazaxıstanın keçmiş birinci xanımının ağır xəstə olması barədə məlumat mayın 5-də səhər Teleqram kanallarında yayılıb.

Sayt xəstəxananın özündən və Nursultan Nazarbayevin mətbuat katibi Aidos Ukibaydan daha ətraflı məlumat almağa çalışıb. Xəstəxanadan məlumat verilməyib, Aidos Ukibay isə nə zənglərə, nə də mesajlara cavab verib.

Qeyd edək ki, Sara Nazarbayevanın 84 yaşı var. O, 1962-ci ildə Nursultan Nazarbayevlə evlənib. Cütlüyün boşanması ilə bağlı xəbərlər yayılsa da, bununla bağlı heç bir rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Qazaxıstanda 2025-ci ildə qanuna düzəlişlər qəbul edilib. Buna əsasən, keçmiş prezidentlərin və onların ailə üzvlərinin səhhəti və şəxsi həyatı ilə bağlı məlumatlar dövlət sirri sayılır.

Seçilən
0
7
qafqazinfo.az

8Mənbələr